KRİTİK VƏZİYYƏTLƏRDƏ TƏCİLİ TİBBİ YARDIMLAR, TƏCRÜBƏ VƏ YENİLİKLƏR 2025
- Kateqoriya: Həkimlər və orta tibbi işçilər üçün
- Tezliklə: 7 May 2025
Məlumat
Kritik vəziyyətlərdə təcili tibbi yardımlar, təcrübə və yeniliklər 2025 adlı kursumuz həkimlər və digər tibb işçiləri üçün nəzərdə tutulmuşdur. Tibbi təhsili olmayanlar üçün deyil.
Qeyd: Bütün dərslər daim yenilənir, ən son protokollara uyğundur.
12 online leksiya və 2 praktik dərs planlaşdırılır.
Online dərslər 1,3,5 ci günlər, saat 21:00 da başlayacaq. Zoom üzərindən keçiriləcək, hər dərsin davametmə müddəti təxmini 2 saatdır.
Praktik dərslər isə 25 May (bazar günü), saat 10:00-15:00 arası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçiriləcək.
Kursu bitirənlərə rəsmi sertifikat və Səhiyyə Nazirliyi tərəfindən yüksək DTT kredit balı verilir.
Dərs planı aşağıda:
Kursun müddəti: 07.05.2025 - 27.05.2025
Mayın 7 si, saat 21:00 da ilk dərs olacaq.
Online dərslərdə müzakirə olunması planlaşdırılan mövzular:
* Dərman allergiyaları, anafilaktik şok, ilkin və təkmil yardımlar, hipersensitivliyin digər növləri.
* Dərman zəhərlənmələri, toksidromlar, ilkin və təkmil yardımlar.
* Ürəyin işemik xəstəlikləri, EKG diaqnostika, kəskin miokard infarktı, kardiogen şok, ilkin yardım, reanimasiyada müalicə, proqnozun təyini.
* Arterial hipertenziya, ən son müalicə protokolu, hipertenziv təcililik-kriz, hipertenziv zərurilik, antihipertenziv dərmanların farmakologiyası, müxtəlif yanaşı xəstəliklərə uyğun antihipertenziv dərman kombinasiyasının seçilməsi.
* Kəskin sol mədəcik çatışmazlığı, kardiogen ağciyər ödemi, ilkin və təkmil yardımlar.
* Bronxial astma, spirometriya və floumetriya, astmatik status, xronik obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsi, ilkin və təkmil müalicə.
* Sinkop növləri, səbəblərin differensial diaqnostikası, ilkin yardım, spesifik müalicə.
* Qıcolmalar, ilkin yardım, səbəblərin differensial diaqnostikası, spesifik müalicə.
* Üst və alt mədə-bağırsaq qanaxmaları, ilkin yardım, diaqnostika, differensial diaqnostika və müalicə.
* Hipovolemik (travmatik, yanıq, hemorragik) şok, ilkin yardım, şok əleyhinə müalicə, qan və qan preparatları, qan köçürmə.
* Naməlum etiologiyalı koma, səbəbin tapılması, ilkin yardım.
* İşemik insult, ilkin yardım və təkmil müalicə.
* Hemorragik insult, növləri, ilkin yardım və müalicə.
* Hiperkaliemiya, səbəbin tapılması, təcili və tədricən müalicənin xüsusiyyətləri.
* Endokrin səbəbli kritik vəziyyətlər, hiperglikemik və hipoglikemik komalar, tirotoksik kriz, miksedema koması, adrenal kriz, ilkin yardım və müalicə.
* PRAKTİK DƏRS : 25 May -bazar günü mərkəzimizdə, saat 10:00-15:00-
Ürək ağciyər reanimasiyası, təməl həyat dəstəyi, təkmil həyat dəstəyi, mulyajlar üzərində tibbi təlim, traxeyanın intubasiyası, LMA kritik hallarda tətbiqi, defibrillyatorlar, defibrillyasiya və elektrik kardioversiyaya göstərişlər, simulyator üzərində təlim. (Müddət 5 saat)
Praktik dərslər arasında nahar fasiləsi olacaq. Həmin gün sertifikatlar da təqdim ediləcək.
Əlavə Suallar
Leksiyalar Zoom üzərindən online, praktik dərslər isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilir. Praktik dərs bazar gününə salınıb, həmin gün sertifikatların təqdimatı da keçiriləcək.
Dr. Şahin Məmmədov. Reanimasiya, intensiv terapiya və anesteziologiyada 25 il stajı var. Hal hazırda Milli Oftalmologiya Mərkəzində anesteziologiya, reanimasiya, intensiv terapiya şöbəsinin müdüridir.
Əvvəlcə whatsapp nömrəmizə yazıb (0703360536) özünüzü təqdim edin, ixtisasınızı və işləyirsizsə iş yerinizi yazın. Və hansı kursa qoşulmaq istədiyinizi bildirin. Sizə ödəniş rekvizitləri göndəriləcək. Daha sonra whatsapp qrupuna əlavə ediləcəksiz.
Bəli. Kursun hazırda endirimli qiyməti 150 AZN dir.
Bəli. Kursu bitirənlərə rəsmi sertifikat verilir. Kursumuz Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilmişdir və yüksək DTT balı veriləcək.