Haqqımızda

Ana Səhifə / Haqqımızda

Tibbi Kurslar

Bizim kurslar bütün ixtisasdan olan həkimlər, rezidentlər, tibb tələbələri və orta tibb işçiləri üçün nəzərdə tutulmuşdur.

Üzbəüz keçirilən dərslər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, onlayn dərsər isə Zoom vasitəsilə canlı keçirilir. (videoyazı deyil)
 

İntensiv terapiya, reanimasiya, təcili tibbi yardıma aid, lakin bütün ixtisasdan olan həkimlərin məcburi bilməsi gərəkən ən vacib mövzuları çox asan dildə, sadələşdirilmiş şəkildə izah edirik.

Həmçinin dərsləri klinik əhəmiyyətli məqamları vurğulamaqla, təcrübəmizi bölüşməklə maraqlı tərtib edirik. Ki tələbə qətiyyən yorulmasın,əksinə dərsin hər dəqiqəsini diqqətlə izləsin, həmçinin öz üzərində işləməyə həvəs yaransın,  tibbi hər gün daha da çox sevsin.  


Bizimlə hər dərs əvvəlkindən də maraqlıdır!
Lektorumuz, təlimçimiz 23 il reanimasiyada iş təcrübəsi olan dr. Şahin Məmmədovdur, artıq 8 ildən uzun müddətdir ki davamlı seminarlar, leksiyalar, praktik məşğələlər təşkil edir. Hal hazırda Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinin müdüridir. 

 

Missiyamız: Həkimlərə öz peşəsini sevdirmək, reanimasiya, anesteziologiya, intensiv terapiya, təcili tibbi yardım sahəsində işləyən tibb işçilərinin öz bilik və bacarıqlarını artırmaqda yardımçı olmaq. 

 

Bizim kursların üstünlükləri:

 

1. Hər hansı bir kitab almağa ehtiyac qalmır. Müəllim sizə ən vacib, klinik əhəmiyyətli məqamları yazdırır. 

 

2. Dərs vaxtı və dərsin sonunda istənilən qədər sual verə bilərsiz.

 

3. Mövzu tam aydın olana qədər dərs davam edir.

 

4. Dərs vaxtı kənar söhbətlərə icazə verilmir. 

 

5. Müəllim özü eyni zamanda praktik, təcrübəli həkim olduğu üçün, öz təcrübəsini də bölüşür, əlavə məsləhətlər də verir. Dərslərdə teoriya və praktikanın yüksək səviyyədə vəhdəti təşkil olunur. 

 

6. Bu cür kursların alternativi Azərbaycanda hələ də yoxdur, lakin buna baxmayaraq kursun qiyməti çox münasibdir.

 

7. Dərslər axşam saatlarında başlayır.

 

8. Onlayn dərslərin videosu yazılır deyə siz heç bir dərsi itirmirsiz. Əgər həmin gün növbədə olarsızsa ya hər hansı başqa səbəbdən dərsdə iştrak edə bilməsəniz dərsin videosunu sonradan izləyə bilərsiz.

 

9. Dərslər adətən online keçirildiyi üçün rayonlardan, hətta xaricdən həkimlərin dərsə qoşulması mümkündür. Xüsusən Almanyada işləyən həkimlərimizə bu cür vacib dərslər çox faydalıdır.

 

10. Bütün dərslərimiz ən son protokollara əsaslanır və daim yenilənir. 

 

11. Müəllimin izah etmə qabiliyyəti yüksəkdir, dərslərdən razı qalacağınıza əminik. Hər dərsdən qabaq mövzuya uyğun olaraq fiziologiya, patoloji fiziologiya izah edilir ki dərsi daha yaxşı öyrənəsiz.

 

12. Kursu bitirənlərə sertifikat verilir. 

1000+

Ümumi tələbə sayımız

200+

Keçirilmiş kurslarımız

20+

Ümumi keçirilən kurslar

Tibbi Kurslar

Bizimlə hər dərs əvvəlkindən də maraqlıdır!

Əlavə Suallar