Kurslarımız

Ana Səhifə / Kurslarımız

QANAXMALAR VƏ TROMBOZLAR

  • Kateqoriya: Həkimlər və orta tibbi işçilər üçün

Məlumat

Salamlar! 

Bu kursda laxtalanma və əks laxtalanma sisteminin fiziologiyası, koagulyasiya testləri, ən çox rast gəlinən laxtalanma və qanaxma problemləri (dərs siyahısı aşağıda göstərilib) və onların müalicəsini öyrənəcəyik. 

Lektorumuz dr. Şahin Məmmədovdur. 

Hər dərs təxmini 2 saat davam edəcək.

Dərslər Zoom üzərindən online, həftə içi 5 gün, saat 21:00 da başlayacaq.

Qanaxmalar və trombozlar stepinin dərs planı

 

  1. Laxtalanma və əks laxtalanma sisteminin fiziologiyası, koaqulyasiya qan analizləri (hemostaz mexanizmi, xırda damarlarda tromb əmələ gəlməsinin qarşısını alan faktorlar, heparinəbənzər maddələr, heparin farmakologiyası, xırda molekullu heparinlər, heparinə bağlı trombopeniya,warfarin  farmakologiyası, DOAC lar, Protein C və S, tPA, D dimer, tromboksan, Von Willebrand faktoru, müasir vwf testləri, laxtalanma sisteminin daxili, xarici və ümumi yolları, müvafiq testlər (PT, aPTV, İNR, antifosfolipid anticisimlər, protrombin indeksi, trombin vaxtı, reptilaza time, qanaxma müddəti, aktivləşmiş laxtalanma vaxtı) antikoagulyantlar, trombositlərin quruluşu və fiziologiyası, PLT reseptorları, PLT kəmiyyət və keyfiyyət analizləri, trombositopeniya, səbəbləri, antiplatlet dərman maddələri-aspirin, abciximab, klopidogrel farmakologiyası
  2. Ağciyər arteriyası tromboemboliyası (dərin vena trombozu, anadangelme trombofilia,qazanılma riks faktorları, May-Thurner sindromu, PE əlamətləri və simptomları, massiv trombemboliya,diaqnostika, Well şkalası və interpretasiyası, D dimer, arterial qan qazları, serum troponin, brain natriuretik peptid, obzor rentgenogrammada Hampton Humb, Kontrastlı KT də görüntüsü, Ventilyasıya perfuziya skan görüntüsü, EKG əlamətləri, müalicəsi (geniş)
  3. Kəskin miokard infarktı, ən son protokollarla müalicəsi - klinik əlamətlər, EKG diagnostika, növləri,dövrləri, lokalizasiyası,differensial diagnostikası, biomarkerlər. Müalicə step by step. Kardiogen şok, prognozun təyini- müalicəsi
  4. İşemik insult, təsnifatı, ilkin yardım, anamnez,Willis qan dövranı, nevroloji əlamətlərinə görə lezion olan arteriyanın təyini, Ön beyin arteriyası sindromu, orta cerebral arteriya sindromu, posterior cerebral arteriya sindromu, lakunar sindrom, clumsy hand əlaməti, ataksiyalar, verterbrobazilyar sindrom, daxili yuxu arteriyası sindromu. İşemik insult müalicəsində 3 ən vacib müayinə. İşemik insultiun KT diaqnostikası, aparılan digər instrumental və laborator müayinələr. Qlazqo koma şkalası ilə huşun pozulmasının dərəcələri. İşemik insultun ən son protokollarla müalicəsi- infuzion maye seçimi, hipoglikemiya, hiperglikemiyanın korreksiyası, udma problemi və aspirasiyanın qarşısının alınması, baş və boyun pozisiyası, erkən mobilizasiya, qızdırmanın qarşısının alınması, arterial təzyiq kontrolu, trombolitik pereparatlar, əks göstərişlər, dərin vena trombozu profilaktikası, statinlər, SSRİ antidepressantlar, neyroprotektorlar barədə. İnsultun ağırlaşmalarının profilaktikası
  5. Hemorragik insult. Lokalizasiyaya görə əsas tipləri. İntraserebral beyin qanaması. Epidural hematoma. Subdrural hematoma. Subaraxnoidal qansızma. Müalicədə ümumi müddəalar. Antikoagulyantların təsirinin dayandırılması, Arterial qan təzyiqinin kontrol. Qəcolmaların müalicə və profilaktikası. Qlobal vazospazmın müalicə və profilaktikası. Serebral perfuziya təzyiqi. Kəllədaxili təzyiq və onun ölçülməsi, monitorinqi. Kəllədaxili təzyiqin azaldılması metodları. Hipernatriemiya zamanı müalicə. Mannitol, barbituratlar, hiperventilyasıyanın tətbiqi. Aparılan invaziv müdaxilələrin əsas prinsipləri və onlara göstərişlər. Süni tənəffüs aparatına qoşulma step by step. Neyromuskulyar blokada. Cərrahi müalicəyə göstərişlər. Mədəcikdaxili qanaxmalar. Antiplatlet müalicənin yenidən başladılması. Mortalitə, proqnozun təyini, İCH şkalası.
  6. Mədə-bağırsaq qanaxmaları. Təsnifat. Anamnez toplanması, komorbid xəstəliklərin və dərman anamnezinin rolu. Fizikal müayinələr. Laborator analizlər. Nazogastral zonda göstərişlər. Yuxarı endoskopiya. Forrest təsnifatı.Endoskopik müalicə. AİMS65 şkalası, endoskopiyada sedasiya, farmakoloji müalicə. Blekmor zondu. Minnesota zondu. Cərrahiyyəyə göstərişlər. Hemorragik şok. Qanköçürməyə giriş
  7. Qan və qan pereparatları, Qan köçürmə tam dərs. Qan köçürmənin fəsadları,febril ve qeyri febril reakisyalar. Hemolitik reaksiyalar,  hemotransfuzion şok
  8. Dissiminə olunmuş damardaxili koagulopatiya, diaqnostika, profilaktika və müalicə. Qanaxmalar və trombozlar stepində öyrəndiklərimizin sual-cavabı.